Salam. Hər vaxtınız xeyir. Binəqədi- 20 yanvar istiqamətində fəaliyyət göstərən 142 nömrəli avtobuslar çox gec-gec işləyirlər. Bununla bağlı olaraq avtobus həddindən artıq dolu olur. Üstəlik 142 yəni eyni nömrə altında olan bir çox avtobus kəndi istiqamətində fəaliyyət göstərir. Əsasən eyni vaxt aralıqlarına yaxın fəaliyyət göstərdiklərini bildirirlər, ancaq bir çox vaxt iki-üç kənd istiqamətində fəaliyyət göstərən 142 nömrəli avtobusların keçməsindən sonra belə 20 Yanvar istiqamətində fəaliyyət göstərən 142 nömrəli avtobus çox gec dayanacaqlara gəlir. Üstəlik bu hal ərazidə yaşayan insanların bir çoxunda eyni nömrə adı altında olduğundan çaşqınlıq yaradır. Sizdən istək və tələbimiz budur ki, ilk öncə 20 Yanvar istiqamətində fəaliyyət göstərən 142 nömrəli avtobusun gediş vaxtı aralıqları daha da tezləşdirilsin, eyni zamanda digər, yəni Cantəpə kənd istiqamətində fəaliyyət göstərən avtobusun nömrəsi dəyişdirilsin və yaxud bu istiqamətdə daha fərqli tədbirlər görülsün.