Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
SMS ilə şəxsin doğrulanması
Şikayətimvar saytında şikayət yazmaq üçün əvvəlcə qeydiyyatdan keçməlisiniz. Hər hansı bir şirkətlərin imicinə xələl gətirmək məqsədi ilə yaradıla biləcək saxta hesabların qarşısını almaq üçün telefon nömrəsi ilə qeydiyyat mütləqdir. Telefon nömrənizi daxil etdikdən sonra nömrənizin düzgünlüyünü yoxlamaq üçün nömrənizə döğrulama kodu sms ilə göndəriləcək. Göndərilmiş kodu müvafiq xanaya daxil etdikdən sonra qeydiyyatınız tamamlanır.
Mövzuya baxış
Qeydiyyatınız bitdikdən sonra şikayətiniz dərhal yayımlanır, hər gün moderatorlar tərəfindən gün ərzində yazılmış şikayətlər yoxlanılır. Etika qaydalarına əməl edilməyən, dini və siyasi məsələlərə toxunulmuş və əsassız hesab edilə biləcək şikayətlər yayımdan qaldırılır. Şikayət yayımdan qaldırıldıqdan sonra şikayətçiyə şikayətin yayımdan qaldırılma səbəbi ilə bağlı bildiriş gedir bundan sonra şikayətçi bildirişdə qeyd edilmiş nöqsanları aradan qaldırdıqdan sonra şikayət yenidən yayımlanır.
Şikayətin redaktə olunması
Yazılmış şikayətdə heç bir nöqsan olmadığı təqdirdə yazılmış şikayətdəki bəzi gramatik səhvlər düzəldilir və şikayətin başlığı SEO planına uyğun olmadığı təqdirdə mənası saxlanılmaqla müəyyə dəyişikliklər edilir. Seo planına əsasən şikayət başlığı "Şikayət olunan firmanın adı - və şikayətinin qisa məğzi" formasında olmalıdır
Şikayətin təsdiqlənməsi
Əvvəlki addımlarda qeyd edilmiş bütün mərhələlərdən keçmiş şikayət yayımlanması təstiqlənir və şikayətin şikayət olunan firma və şikayətçi arasında müzakirəyə açıq olması barədə moderatorlar tərəfindən şikayətin aşağısında rəy yazılır. Şikayətin altında Moderator, saytın digər istifadəçilər, şikayət olunan şirkət və şikayətci rəy yaza bilər. Firmalar yalnız özlər haqqında yazılmış şikayətlərə fikir bildirmək huququna malikdirlər