Şikayətimvar saytı qeyri kommersiya məqsədli saytdır. Saytın istifadəsi həm şirkətlər həm də şikayətçilər üçün tamamilə pulsuzdur.
Şikayətimvar.az saytında hazırda bir başa təşəkkür yazmaq münkün deyil. Şirkətlərin sıralamasına təsir etmək üçün saxta şəkildə yazıla biləcək təşəkkürlərin qarşısını almaq üçün hazırda saytda belə bir funksiya yaradılmayıb. Bu cür vəziyyətin qarşısını almaq üçün müəyyən bir alqoritim sistemi üzərində iş aparılır. Tezliklə sizə belə bir imkan yaratmağa çalışacağıq.
Yazdığınız şikayət bugün və gələcəkdə insanların düzgün seçimlər etməsinə və qarşılaşa biləcəkləri probləmlər hazır olmaları üçün kömək edə bilər. Əgər şikayətiniz artıq həll edilibsə siz bunu təşəkkürə çevirə bilərsiniz. Yazdığınız şikayətdə haksız olduğunuzu düşünürsünüzə yenə də eyni qaydada şikayəti təşəkkürə çevirib üzürxaxlığınızı təşəkkür mətnində qeyd edə bilərsiniz. Şikayəti silmək yerinə onu redaktə edib bütün şikayət mətnini silərək saxlasanız belə moderatorlarımız tərəfindən təstqlənmədiyi üçün şikayət mətni yenidən şikayətinizdə qalacaq.
Sikayetimvar.az saytında saxta qeydiyyatın qarşısını almaq üçün bütün istifadəçilərin qeydiyyatdan keçərkən nömrələrini qeyd etməsi zəruridir. Şəxsi məlumatlarınız heç bir halda icazəniz olmadan heç kimlə playlaşılmır.
Şikayətimvar.az saytı haqqında şikayətinizi bizə yaza bilərsiniz. Şikayət yaza biləcəyiniz qurumlar arasında şikayətimvar.az saytı da mövcuddur.
Bəzən istifadəçilər şikayət yazarkən təəssüf ki vulqar ( Qeyri etik ) ifadələrə yol verirlər. Moderatorlar tərəfindən bu cür halların qarşısını almaq üçün şikayət mətnində məna saxlanılmaqla müəyyən dəyişiklilər edilir. Ayrıca saytın Google axtarış sistemində optimizasiya üçün şikayət başlığında da məna saxlanılmaqla dəyişikliklər edilir.
Şikrətlərin sıralamsı şikayət və təşəkkülərin, tövsiyyə edilmə, şikayət edilmiş şirkətin xidmətlərinin yenidən istifadəsi, ulduz reytinqi və şikayətin həll edilməsinin razılıq əmsallarının nisbətinə əsasən hesablanır. Buna görədə şikayətlərinizi təşəkkürə çevirən zaman verilmiş sualları düzgün və əmin şəkildə cavablandırmağınız rica edilir
Şikayət etmək istədiyiniz şirkət siyahida olmasa bele şirkətin adını daxil edib şikayətinizi yaza bilərsiniz. Şikayət yazildıqdan sonra şirkətin adı siyahıya əlavə edilir.
Bəzən şikayətinizə əlavə etdiyniz şəkil və videolarda əhəmiyyətli kredit kartı məlumatları, ünvanınız, telefon nömrəniz kimi şəxsi məlumatlar qeyd olunur. Bu cür məlumatlar moderatorlar tərəfidən yoxlanılır. Lazım gəldikdə şəkildəki məlum məlumat qeyd olunan hissə silinib şikayətə yenidən əlavə edilir.
Göndərildir