Bugün saat 14:27-də Bolt Food üzərindən yemək sifariş etdim, Böyük Fırat Elmlər restoranından. Ödənişi də kart vasitəsilə etdim. (Sifariş #UNK4D) Əvvəlcə təqribi çatdırılma müddəti 40-45 dəqiqəyə yaxın göstərilsə də, müddət getdikcə elə hey uzandı… Kömək bölməsindən dəfələrlə yazmağıma baxmayaraq heç kim cavab vermədi, kurter zəngimi açmadı. Saat 18:00-dək heç bir xəbər çıxmadı. Daha sonra BoltFood sistemində baxdım ki sifarişim çatdırılmış kimi status yenilənib. Restoranla əlaqə saxladım dedilər yeməyiniz burdadır, heç kim gəlib götürməyib. Bu nə xidmətdir, bu nə özbaşınalıqdır. Ödənişi də etmişəm, sifarişim çatdırılmamağı bir bəla, üstəlik sistemdə yazırlar ki çatdırılıb… Şiddətlə tələb edirəm ki, ödənişim qaytarılsın, rəsmi qaydada məndən üzr istənilsin və mənə bunun üçün kompensasiya ödənilsin