Hörmətli oxuyucu! Mən Ağaməmmədov Şəhriyar Bəxtiyar oğlu 26.05.2022 tarixində Bakı Şəhəri Gəncə Prospekti ev 35 m 98 ünvanında yerləşən mənzili almışam. Sonradan sayğaclara baxış zamanı qaz sayğacında problem olduğu tərəfimə məlum oldu. Smart kartla işləyən sayğac 2021 il iyuldan bəri heç bir yüklənmə olmayıb, lakin bu müddət ərzində qazdan kəsintisiz istifadə olunub. 104 çağrı mərkəzindən məlumat aldığımda bu hal sayğacın xarab olması və və bu müddət ərzində sayğacın qaz sərfiyyatının hesablanmalı olduğu bildirildi. 04.06.2022 tarixindən qaz sayğacının təcili olaraq dəyişilməli olduğunu bildirsəm də hər dəfəsində 104 çağrı mərkəzində mənə sabah olacaq deye işi ləngidirlər. Bu problemin sırf kimlə bağlı olduğu barədə məlumatım yoxdur, lakin mənim işimin bu qədər ləngiməsi artıq mənə xoş deyil.
Bununla yanaşı sayğacın evdən bayırda olmasına baxmayaraq, demək olar bir il ərzində Azəriqaz əməkdaşlarından heç kim təhlükəsizlik və ya bu kimi digər tədbirləri nəzər alaraqdan sayğaca baxış keçirilməyib. Bu öz növbəsində təhlükəsizlik tədbirlərinin kobud şəkildə pozulmasıdır.