Mənim yerimə sifariş et bölməsindən istifadə edib butikdən geyim sifarişləri verdim, ödəniş çıxdı 10gündür baxıramki sifariş etdə qalıb məhsullar, icra edilməyib 3dəfə əlaqə saxladım bugün-sabah deyə-deyə insanları aldadırlar. Daha sonra biri dediki biz bunu sifariş edə bilmirik. Dedim o zaman ödənişimi geri verin, balansıma yüklədilər deüdim kartıma köçürün sizinlə çalışmayacam bir daha. Oldu xanım lakin ay sonu edə bilərik, dedim oldu. Ay sonu əlaqə saxladım noyabrın 5-i həll ediləcək xanım. Noyabrın 5-i əlaqə saxladım bu həftə sonu həll ediləcək. Həftə sonu qeyri-iş günü etdilər. Ayın 14-ü əlaqə saxladım indidə deyirlər ay sonu. Bu karqo şirkəti qədər işini bacarmayan, fırıldaqçı daha başqa kargo görmədim. Heç kim aldanmasın onlara. Müştəri xidmətləridə dəhşət zəifdir. Nə normal zənglərə baxan var, nə mail-ə, nə dəki instagram hesablarına.