Suche
Generic filters
Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu

Şikayət sebebi:

Şikayətci: Samir Qədirov

Şikayət olunan:

Baxış sayı: 125

Publihed: Yanvar 11, 2020

Modifed: Aprel 30, 2021

Comments: No Comments

ID: 4348

AZSIĞORTA – prosesləri süni olaraq ləngidir və get-gələ salır

Cənab prezident icbari sığortanın vacibliyi və prioritetinin artırılması ilə bağlı sərəncamlar imzalayır, gələn ildən həyat sığortasına görə maaşımızdan tutulur, əmlakımz icbari sığortalanır, ticatər mərkəzində son günlərdə baş vermiş bədbəxt hadisələrə qablayıcı tədbirlər olaraq məhz sığorta ilə bağlı tədbirlər görməyi televiziya vasitəsilə bütün məmurlara tapşırır. Bu tərəfdən isə AZSIĞORTA sığorta şirkəti özbaşınalıq edir, zərər çəkmişlərdən manipulyasiya edərək prosesləri süni olaraq ləngidir və get-gələ salır. Bu səbəbdən dövlət başçısının müsbət sayılan islahatları kölgədə qalır, inamsızlıq və sahibkarların çirkin əməllərinin qurbanı olur.
Mənim 99RR779 dövlət nömrə nişanlı VW avtomobilim 28 noyabr tarixində parkinqdə durduğu vaxt Audi 10RA271 avtomobili tərəfindən vurulmuş, nəticədə avtomobilin sol qabaq qapısı, sol arxa qanadı, sol içəri dayağı və fənəri zədə almışdır. Polis hadisəni qeydə alaraq mənə dəymiş ziyanın ödənilməsi üçün qarşı tərəfin sığortaçısı AZSIĞORTA MMC-yə yönləndirmişdir.
Rəsmi servisdə zərər 980 AZN olaraq qiymətləndirilmişdir. Lakin AZSIĞORTA rəhbərliyi absurd olaraq rəsmi servisin xidmətlərinin baha olması bəhanəsilə əvvəlcə vizual olaraq 350 AZN, sıradan başqa servis qiymətləndirməsindən sonra 450 AZN olaraq qiymətləndirdi. Təbii ki, razı olmadığım təqdirdə iş müstəqil ekspertə getdi və ekspert zərəri 780 AZN qiymətləndirdi. Bundan sonra sığorta agentliyi mənə 650 AZN maksimal məbləğ ödəyə biləcəyini bildirdi. Ekspertin rəyinə də məhəl qoymadı, şikayət edəcəyim təqdirdə də heç nə etməyəcəklərini bildirdilər.
İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti digər dövlət qurumlarına məsələni ötürəcəyini bildirdi. İcbari sığorta bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini təmin etmək üçün hüquqi şəxslərin ittifaqı kimi təsis edilib və fəaliyyət göstərir. Lakin qaynar xəttə zəngim zamanı bu məsələnin Maliyyə bazarlarına nəzarət palatasının baxdığı bildirildi. Həmin qurum isə cənab prezident tərəfindən ləğv olunub. Deməli 5 gündən sonra qüvvəyə minəcək həyat və daşınmaz əmlakın icbari sığortası ilə bağlı da qərarların qəbulu və şirkətlərə nəzarət zamanı boşluqlar olacaq. Məhz bu boşluqdan istifadə edərək sığorta təşkilatları daha çox özbaşınalıq edir və cəzasız qalacaqlarına əmindirlər. Bu məsələnin həll olunması ilə bağlı məsələnin ictimailəşdirilməsi vacibdir. Əminəm mənim məsələm kimi yüzlərlə məsələ gündəmdədi, sığorta şirkətinə düşən işlərin çoxu get-gəldə, süründürməçilikdə və insanlarının hüquqlarının tapdalanması ilə nəticələnir.
Qeyd edim ki, bu müraciətim İqtisadiyyat Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, İcbari sığorta Bürosu və Ombudsman aparatına da göndərilmişdir.

Bildirşlərə abunə ol
Bildirş
0 Şərh
Inline Feedbacks
View all comments

haqqında digər şikayətlər


Şikayətim Azsığorta şirkətindəndir. 06.11.2019 tarixinde Maliyyə Bazarlarına Nəzarət Palatasının 1920220808 nömrəli tələbi hələ də Azsığorta ASC tərəfindən icra edilməyib

0
0

11-20-2019
0


Mənim 99RR779 dövlət nömrə nişanlı VW avtomobilim 28 noyabr tarixində parkinqdə durduğu vaxt Audi 10RA271 avtomobili tərəfindən vurulmuş, nəticədə avtomobilin sol qabaq qapısı, sol arxa qanadı, sol içəri dayağı və fənəri zədə almışdır. Polis hadisəni qeydə alaraq mənə dəymiş ziyanın…

0
0

12-25-2019
0


Cənab prezident icbari sığortanın vacibliyi və prioritetinin artırılması ilə bağlı sərəncamlar imzalayır, gələn ildən həyat sığortasına görə maaşımızdan tutulur, əmlakımz icbari sığortalanır, ticatər mərkəzində son günlərdə baş vermiş bədbəxt hadisələrə qablayıcı tədbirlər olaraq məhz sığorta ilə bağlı tədbirlər görməyi televiziya…

0
0

01-11-2020
0

Daha çox görmək üçün daxil ol

1

Bəs sizcə kim haqlıdır ?

0
0

Şikayət sebebi:

Şikayətci: Samir Qədirov

Şikayət olunan:

Baxış sayı:

Yayımlandı: Yanvar 11, 2020

Redakte edildi: Aprel 30, 2021

Şərhlər: No Comments

ID: 4348

Scroll to Top