Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
granmart

Kontakt Home

Müqayisə et

174 şikayət 4 təşəkkür

3 aydi Samsung Z flip 5 almisam. 2200manata 18 ayliq kreditle. Telefon day başima acmadiqini oyun qalmadi her defe bir yeri xarab olur servis bele odenisle duzeldir. Cox berbad

30 Sentyabr 2024
0

Satilan mallarun 80. 90 faizi deffekt mallardi ve verdikleri zamanetde yalandi cünki verdeikleri vedle emmelleri düz tutmur ne servizleri normaldi nede satdixlari mal

Qehremanov

10 Sentyabr 2024
1

Salam. Yazıb Sizdən xaiş edirəm ki, məsələmə bir aydınlıq getiresiz. May ayında stol ustu komp.ter sifariş vermişdim getirdiler lakin məhsul brak çıxdı, uje 4 aydı ki teleb edirem ya dəyişin yada tezesini verin ve ya tam geri qaytarılma edin mene…

Salam mən tel götürmüşdüm xarab çıxdı 5ay ödəniş etmişdim məni çox incitdiler apardım servisə başqa tel verdilər 14 gün ərzində tel dedilər düzəldəcək iki ay oldu düzəlmədi ikinci götürdüyümun şetini baqladılar işlədə bilmədim pulunu ödədim indi deyirlər servisdə olanda ödəməlisən…

08 Avqust 2024
0

Salam. Xirdalanda yerləsən Kontakt home filialindan kreditnen paltaryuyan sifaris elədim. sənədləsib məhsulu evə tehvil verdiler. lakin ustundə guyam hədiyyə verirlər ariel yuyucu tozu olan 450 qr məhsulunun tarixi kecmisdir. deməyim odur ki özüvüzə hörmət qoyun onsuz millətin qanını faiznən içirsiz.

salam.kecən ay suzin binə filialindan məhsuı sifsruş verdim.rəsmləşdirdilər sonra dedilər 3 4 gunə cstdiraciü.sonra məhsul ıazim olmadi.zəng vurub bildirdim.imdi sms gondəriılər cərimə odəniş.məhsulu goturməmişəm. bu necə ola bilir.niyə işcilərinuz məsuliyətsuzlik edib sistemnən silmiılər.

Ramizli Elvin

24 İyul 2024
0

Salam mən kredit üçün müraciət etdim ama borcumu ödəyib bagladigim üçün mənə ödəmə edərkən heçnə deyilmedi ama indi yaxinlasmisam kredit muraci uxun mene deyorlər borcunuz var xahiş edirəm bu deleduz şirkət cezalandirilsin

08 İyul 2024
0

Salam. Mənim şikayətim “Kontakt Home” mağazalar şəbəkəsindəndir. Mən 12 may 2024-cü il tarixində, mağazanın Sahil filialından iPhone 15 pro 256 gb telefonu əldə etmişəm. Kamerasında problem olduğu üçün mağazaya yazdım. Mənə bildirdilər ki, mağazaya yaxınlaşın, dəyişiləcək. Mağazaya getdim, ordan da…

Ramizli ElvinAzər Əmirov

Qızıl zəmanətin bəndlərinə əsasən xarab olan məhsulun servise gönderildiyi tarixdən 14 iş günü ərzində təmir olunmayıbsa təmannasız 100 faiz deyerinde başqa behsulla deyişdirilmesi mümkündür , 14 iş günü keçmesine reğmen mehsul hele tehfil verilmeyib ve üstelik hele 7 güne geleceyi…

Ramizli ElvinAzər Əmirov

Kontakt Home filiallar

Bakı şəhəri
Kontakt HOME “Xalqlar Dostluğu”

Qara Qarayev pr., 125B (“Xalqlar Dostluğu” m/st yaxınlığında)

Kontakt HOME “İnqilab”

Cəlil Məmmədquluzadə k., 120A

Kontakt HOME “20 yanvar”

Moskva pr., 52 (“20 Yanvar” m/st yaxınlığında)

Kontakt HOME “İnşaatçılar”

Abbas Mirzə Şərifzadə k., ev 174 (“İnşaatçılar” m/st yaxınlığında)

Kontakt HOME “28 may”

Füzuli k., 47-55 (“28 may” m/st yaxınlığında)

Kontakt HOME “Sahil”

Üzeyir Hacıbeyov k. və Bülbül k., məhəllə 207 (“Sahil” m/st yaxınlığında)

Kontakt HOME “Gənclik”

Fətəli Xan Xoyski k., 86 (5 №-li xəstəxana ilə üzbəüz)

Kontakt HOME “A.Sultanova”

Atatürk pr., 65B (Ayna Sultanova heykəlinin arxası)

Kontakt HOME “Bakıxanov-Stansiya”

Bakıxanov qəsəbəsi, Səməd bəy Mehmandarov pr., 1A

Kontakt HOME “Əhmədli”

Əhmədli qəsəbəsi, Məzahir Rüstəmov k., 34C

Kontakt HOME “3-cü mkr”

3-cü mkr., Alı Mustafayev k., 8A

Kontakt HOME “8-ci km”

Qara Qarayev pr., 81

Kontakt HOME “Azadlıq Metrosu”

Binəqədi r, Süleyman Sani Axundov küç, Azadlıq m/s yanı

Kontakt HOME “Azadlıq Prospekti”

Nərimanov rayonu, Azadlıq pr. 143A

Kontakt HOME “Bakıxanov-3”

Bakıxanov qəsəbəsi, Sakit Qocayev k., 69

Kontakt HOME “Nəsimi”

Svetlana Məmmədova k., 107 (“Nəsimi” m/st yaxınlığında)

Kontakt HOME Smart “Neftçilər”

Qara Qarayev pr., 62

Kontakt HOME “Ukrayna dairəsi”

Xətai r-nu, Məhəmməd Hadi ev.2372

Regionlar
Kontakt HOME Smart “Sumqayıt”

Sumqayıt şəhəri, Sülh k. (Ticarət cərgəsi)

Kontakt HOME “Sumqayıt-Sülh Plaza”

Sumqayıt şəhəri, Bakı k., 60 (Sülh Plaza)

Kontakt HOME “Gəncə”

Gəncə şəhəri, Nizami k., 35 (Bayraq meydanı)

Kontakt HOME “Bərdə”Bərdə rayonu , Bərdə şəhəri Koroğlu küçəsi.
Kontakt HOME “Gəncə Mall”

Gəncə şəhəri, Heydər Əliyev pr., 433 (Gəncə Mall, -1-ci mərtəbə)

Kontakt HOME “Göyçay”Göyçay şəhəri, Mehdi Hüseynzadə küç. 31 (Təzə Bazarın yanı)
Kontakt HOME “Lənkəran”Lənkəran şəhəri, Səmədzadə ev.50 ( Access bank və “Böyük bazarın” yanı)
Kontakt HOME “Masallı”

H. Əliyev prospekti, Dövlət Sosial Müdafiə Fondunun yaxınlığı

Kontakt HOME “Mingəcevir”

Mingəçevir şəhəri ,Nəriman Nərimanov 15  Dostluq Parkının Yanı

Kontakt HOME “Qəbələ”

Heydər Əliyev pr. 118B,İcra hakimiyyətinin yaxınlığında

Kontakt HOME “Quba”

Heydər Əliyev prospekti 129 (Köhnə Şahdağ ticarət mərkəzi)

Kontakt HOME “Sumqayıt 10-cu mikrorayon”

Sumqayıt şəhəri, 10 MKR

Kontakt HOME “Xırdalan”

Xırdalan şəhəri, Heydər Əliyev pr., 240

Kontakt Home servis

1. Texniki servis mərkəzləriniz xidmət göstərir (açıqdır)?

Hazırda Servis Link Nizami, Neftçilər, 20 Yanvar, Sumqayıt və Gəncə həftənin 5 iş günü saat 09:00-19:00-dək, şənbə və bayram günləri saat 10:00-dan 14:00-dək xidmətinizdədir. Bazar günləri servis mərkəzlərində qeyri-iş günüdür. Linkə keçib servislərin ünvanını nəzərdən keçirməyiniz mümkündür:
www.kontakt.az/servisler

Televizorlar və böyük məişət texnikası üçün usta sifarişi hazırda qeydə alınır. Bu məhsullar üçün bizə müraciət etdiyiniz halda müraciətiniz qeydə alınacaq və 3 iş günü ərzində ünvanınıza usta yaxınlaşacaq.

Telefon, planşet, notbuk və kiçik məişət texnikası üzrə isə müraciətlərə xüsusi karantin rejimi bitdikdən sonra baxılacaq.

Təmiri hazırda mümkün olmayan məhsulların karantin müddətində zəmanəti bitərsə, zəmanətlərin müddəti uzadılacaq.

Məsələn: Müştərinin telefonunda nasazlıq yaranıb, zəmanət müddətinin bitməsinə isə 1 gün qalıb. Bizə müraciət edir, müraciəti qeydə alınır, zəmanət müddəti uzadılır və karantin rejimi bitdikdən sonra müraciətinə baxılaraq telefonu təmir olunur.

2. Usta sifarişi etmək istəyirəm, necə edim? (Böyük məişət texnikası və televizor 32+)

Əldə etdiyiniz böyük məişət texnikası və televizorun təmirə ehtiyacı olarsa, *6060 nömrəsinə zəng edərək və ya Kontakt Home-un rəsmi sosial media hesablarına, həmçinin, Whatsapp nömrəsindən +994508286060 yazaraq usta sifariş edə bilərsiniz.
Bu zaman təqdim etməli olduğunuz məlumatlar: sənədləşmədə qeyd olunan ad, soyad, ata adı, aktiv əlaqə nömrəniz, məhsulun adı və məhsulun yerləşdiyi ünvan.

Əməkdaşlarımız 3 iş gün ərzində ünvanınıza gələrək texnikanızda olan nasazlığı aradan qaldıracaqlar.

3.  Hansı ərazilərə usta sifarişi edə bilərəm?

Usta sifarişi hazırda bütün bölgələr üzrə mümkündür.
Əməkdaşlarımız 3 iş gün ərzində ünvanınıza gələrək texnikanızda olan nasazlığı aradan qaldıracaqlar.

4.  Sizdən alınmayan məhsulu da təmir edirsiz?

Xeyr, bizdən alınmayan məhsul üçün usta sifarişi qəbul etmirik.

Yalnız HOFFMANN məhsuludursa, rəsmi servisi olduğumuza görə məhsul üçün usta sifarişi qeydə ala bilirik.

Bunun üçün *6060 Çağrı Mərkəzimizə zəng edə, 050 828 60 60 WhatsApp nömrəmizə və ya rəsmi sosial media hesablarımızın mesaj bölümünə yaza bilərsiniz.

Bu zaman təqdim etməli olduğunuz məlumatlar: məhsulun seriyası, ünvanı, hansı mağazadan hansı tarixdə kimin adına alındığı və mobil nömrə.

5. Sizdən yeni məhsul almışam 14 gün ərzində necə dəyişə/qaytara bilərəm?

Bunun üçün *6060 Çağrı Mərkəzimizə zəng edə, 050 828 60 60 WhatsApp nömrəmizə və ya rəsmi sosial media səhifələrimizə mesaj bölümünə yaza bilərsiniz.

Bu zaman təqdim etməli olduğunuz məlumatlar: sənədləşmədə qeyd olunan ad, soyad, ata adı, aktiv əlaqə nömrəniz, məhsulun adı və məhsulun yerləşdiyi ünvan.

6. Məhsulu 14 gün ərzində təhvil almasalar necə olacaq?

Əməkdaşlarımız 3 iş günü ərzində ünvanınıza yaxınlaşaraq cihazı diaqnostika üçün təhvil alacaqlar.

Narahatlığınıza heç bir əsas yoxdur, 14 gün keçdiyi halda sizin bizə ilk müraciət etdiyiniz tarix nəzərə alınacaq və məhsulunuz dəyişdiriləcək/geri qaytarılacaq.

7. Sizdən telefon əldə etmişəm Qızıl Zəmanət şərti ilə dəyişdirə bilərəm?

Bəli, Qızıl Zəmanət şərtləri ilə cihazınızı dəyişdirə bilərsiniz. Bununla bağlı şəxsiyyət vəsiqəniz, cihazın qutusu və aksesuarları ilə birlikdə Servis Link mərkəzlərindən birinə yaxınlaşmağınızı xahiş edirik. Əldə etdiyiniz yeni cihaza satış tarixindən etibarən 1 ay müddətində müraciət olunduqda – 70%, 2-6 ay – 50%, 7-12 ay – 30%, 13-24 ay – 20% məbləğ dəyərində endirim tətbiq olunacaq. Təqdim etdiyiniz öz cihazınızın aylıq ödənişlərini ödəməyə davam edəcəksiniz, yeni cihazı isə endirimlə əldə etmiş olacaqsınız.

8. Təmir müddəti nə qədərdir?

Təmir müddəti 3-14 təqvim günü ərzində həyata keçirilir. Zəmanət şərtləri çərçivəsində 14 gün ərzində təmiri mümkün olmayan məhsulunuz 15-ci gün yenisi ilə əvəzlənir. Qeyd edək ki, bu şərt mebellərə aid deyil.

9.Məhsul üçün ehtiyyat hissə əldə etmək istəyirəm.

Müştəri tərəfindən və ya yalnız usta tərəfindən quraşdırıla bilən ehtiyat hissələrinin mövcudluğu və qiymətini yoxlayaraq sizə məlumat təqdim edə bilərik. Bunun üçün *6060 Çağrı Mərkəzimizə zəng edə, +994508286060 WhatsApp nömrəmizə və ya rəsmi sosial media hesablarımızın mesaj bölməsinə yazaraq müraciət edə bilərsiniz.

Kontakt home elaqe nomreleri

Qısa nömrə : *6060

Telefon : 012 310 24 24

Kontakt home en çox axtarılan mövzular

kontakt home samsung, kontakt home telefonlar, kontakt home baku, kontakt home az, kontakt home iphone, kontakt home elaqe, kontakt home xiaomi, kontakt home telefon, kontakt home online, kontakt home kredit, kontakt home elaqe nomresi, kontakt home samsung a51, redmi note 9, myshops, kontakt home online sifarisi, kontakt home endirim, kontakt home online sifaris, redmi note 9, kontakt home noutbuklar, kontakt home borcu oyrenmek, samsung a51 qiymeti kontakt home, kontakt home onlayn odeme, xiaomi redmi note 9, samsung s20, kontakt home planset, samsung a51 qiymeti, kontakt home telefonlar, iphone 8 plus qiymeti, kontakt home elaqe nomreleri, kontakt home samsung a51, kontakt home az, kontakt home notebook, kontakt home vakansiya,

Kontakt Home

2006-cı ildə mobil telefon, aksessuar və mobil nömrələrin satışını həyata keçirən ilk Kontakt Home mağazası açılmışdır. Eyni ildə 3 yeni mağazası da açılan mağazalar şəbəkəsinin adı “Kontakt Mobile” idi. 2010 -cu ildə məhsul kateqoriyasının və xidmət sahəsinin genişlənməsi nəticəsində kompyuter və fotoaparatlar da müştərilərə təqdim olundu, şəbəkənin xidmət sahəsi bir qədər genişləndirildi.

2011-ci ildə məhsul kateqoriyaları siyahısına məişət texnikası əlavə olundu. Mağazaların təklif etdiyi məhsulların çeşidliliyi artdı və şəbəkənin adı “Kontakt Electronics” adına dəyişdirildi. 2013-cü ildə geniş elektronika və məişət texnikası kateqoriyalarının sırasına mebel kateqoriyası da əlavə olundu. Həmin ildən etibarən yerli və xarici brendlərin, həmçinin öz fabrikinin istehsal etdiyi mebellər də mağazalarda satışa çıxarıldı. Bununla da “Home” konsepti tamamlanaraq, şəbəkənin adı “Kontakt Home” adına dəyişildi.

Qarşısında "Demo data" yazılmış qrafiklər toplanmış dataların azlığı səbəbi ilə hazırda aktiv edilməmişdir. Demo datalardakı grafiklərdə ölçümlər demo olaraq mövcuddur və doğru deyil.

Şirkətin reytinqi

  • Şikayətləri həll etmə fazi ( Demo data )

    0%

2022 Şikayət sayı

  • Dekabr: 23
  • Yanvar: 12
  • Fevral: 11
  • Mart: 8
  • Aprel: 7
  • May: 16
  • İyun: 12
  • İyul: 17
  • Avqust: 14
  • Sentyabr: 22
  • Oktyabr: 17
  • Noyabr: 15
  • 2022 Təşəkkür sayı

  • Dekabr: 1
  • Yanvar: 0
  • Fevral: 1
  • Mart: 0
  • Aprel: 0
  • May: 0
  • İyun: 0
  • İyul: 0
  • Avqust: 0
  • Sentyabr: 0
  • Oktyabr: 0
  • Noyabr: 2
  • Şikayət sayı

    174

    Təşəkkür sayı

    4

    Bu günə qədər yazılan şikayət sayı

    184

    Oxşar şirkətlər