Obyektiv olmaq lazımdırsa, bəli, Expargo tarif baxımından və filalların çoxluğu baxımından çox yaxşıdır. Bu həm qənaət və vaxt baxımından çox sərf edir. Gəl ki, xidmətinə 0 bal vermək belə ona çoxdur. Əvvala çağrı mərkəzinə düşmək olmur. Azı 35 dəqiqə telefonda gözləməlisin. Bu isrət səhər tezdən, istər nahar fasiləsi və istərsə də, ümumi iş vaxtının bitməsinə 40-50 dəqiqə qalmış zəng edəndə də eynidir. Gözləyəndə də növbədə neçənci adam olduğunuzu bilmirsiniz. Adam bilsə ki, 15-ci adamdır. Bəlkə də heç gözləməz. Deyirlər ki, müştəri çoxğluğu ilə əlaqdardır. Halbu ki, deyrirlər ki, işçi heyətini 3 dəfə artırmışıq. Necə artıblarsa, İstanbul anbarı operativ şəkildə məshulu göndərir. Amma Bakıda gömrükdən keçəndən sonra 21 gün çeşidləmədə qalır. Aliexpress Expargo-nun yanında yalandır. Dekabr ayının 29-dan Bakıda olan məhsul bu gün yanvar ayının 19-u hələ də çeşidləmədədir. Bərbad. Filala yaxınlaşırsan, şikayət etmək üçün məsul bir şəxsin nömrəsini verə bilmirlər. Ehtiyat edirlər. Təklif edirsən ki, mən nömrəmi verim ki, əlaqə saxlasınlar. Buna da razı olmurlar. Müraciətlər bölməsindən sorğu yönləndirirsən. Hamısına şablon cavabı yapışıdırlar. Deyirsən ki, işçi heyətinin artılmağının mənim İstanbul anbarındakı itən məhsulma nə aidiyyəti var. Baxır, deyir ki, düz deyirsiniz. Səhv olub. Amma səhvi düzəltmirlər. İnsanlar yaxınlığına və tarifinə görə bu şirkəti seçir. Amma buna dəymir. Sifariş linkini gec qəbul edirlər. Çox vaxt 24 saatdan gec olur ki, bu da bəzən məhsulun qiymətinin dəyişməsi nəticəsində almaq mümkün olmur. Operatorların heç də hamısı savadlı deyil. Bir də görürsən, səni heç dinləmir, sözünü kəsir, öz bildiyini danışır. Sanki rollar dəyişir. Operator olur müştəri və dayandırmaq olmur, sən olursan opertor və susub dinləyirsən ki, görüm bu nə vaxt tutduğunu buraxacaq. Artıq başqa karqo şirkəti ilə işləyirəm. Məhsullarımı bir həfət ərzinəd çatdırırlar. Expargo-dakı dekabr ayından qalan iki məhsulumu da alıb onların saytlardakı ünvanı, tətbiqlərini, brauzerdəki tarixçəni elə siləcəyəm ki, mənim üçün onların izi-tozu da qalmayacaq. Şikayətimvar saytında sağ küncdəki karqo şirkətləri ilə əlaqdar şikayətlərə baxmaq kifayət edir. 1-ci yer Mover 2-ci yer Expargo və s. ExparGo-dakı problem fərdi deyil. Yəni deyək ki, sırf mənə qarşı belədir. Ümumidir. Fikir versəniz hamı eyni nöqsanları qeyd edir. Bu da xidmətin bariz göstəricisidir. Əsəbilərinizi qorumaq istəyirsinizsə və sizin üçün vaxt amili önəmlidirsə, dəqiq deyə bilərəm ki, bu karqo sizə yaramır.
Bazarda artıq bir çox karqo şirkətləri yaranıb ki, daha aşağı tariflərlə işləyir. Üstəgəl WhatsAPP nömrəsi, saytda çat, e-poçt və telefon nömrələri vasitəsi ilə əlaqə saxlamaq mümkündür və dərhal da cavab verirlər. Məsələn, Jetkargo, Azex, Karoglfy, Jetex və s.