Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
0
16/10/2021 1:18 axşam
Sualın yazıldığı zaman
Azərbaycan Respublikası ərazisində istehlakçılar (müştərilərin ) hansı hüquqları var ?
1 cavab
1
16/10/2021 1:21 axşam
-
Azərbaycan Respublikası ərazisində istehlakçılar aşağıdakı hüquqlara malikdir:
-
- malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icraçısının və satıcısının sərbəst seçilməsinə;
- istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;
- malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;
- malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun və düzgün məlumat əldə etməyə;
- qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsinə;
- öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə;
- ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə.
-
Daha ətraflı öyrənmək üçün linkə daxil olun İstehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu
Bu cavabda 9 ay avvəl 2 times Admin tərəfində dəyişilik edildi