Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

Ötən gün Bakı şəhərində və ətraf qəsəbələrdə sərnişindaşımanın böyük hissəsini həyata keçirən özəl daşıyıcı şirkətlər dövlət rəhbərliyinə yenidən kollektiv müraciət ünvanlayıb.

Onlar avtobus nəqliyyat vasitəsinə zəruri olan dizel yanacağının, sürtgü yağları, şin və sair bütün növ ehtiyat hissələrinin qiymətlərinin bahalaşmasından, gediş haqqının aşağı olmasından şikayətləniblər. Şirkətlər hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5 faizini “BakıKart”a ödədiklərini qeyd ediblər.

Sfera.az-ın məlumatına görə, bununla bağlı fikirlərini bölüşən iqtisadçı Qubad İbadoğlu şirkətlərin şikayətlərinin haqlı olduğunu deyib:

““Həyati vacib sərnişindaşıma sahəsi” üçün ayrılmış 280 milyon manat vəsitin 86 milyon 900 min manatı “Azərbaycan Hava Yolları” QSC-yə, 15,5 milyon manatı Milli Aviasiya Akademiyasına köçürülüb. Şirkətlər hər sərnişinin gediş haqqının “BakıKart”a 5 faizin ödənilməsinə etirazlarında da haqlıdır, çünki 5 faiz çox yüksək xidmət haqqıdır”.

Ekspertin sözlərinə görə, güman ki, ictimai nəqliyyatda gediş haqqı qaldırılacaq: “Hazırda hökümətdə müzakirə olunan yeni variantlar 1 gedişin 40 və ya 50 qəpiyə çatdırılmasıdır”.

İqtisadçı-ekspert Nazim Bəydəmirli isə bildirib ki, şirkətlərin müraciətində diqqət çəkən məsələ pandemiya dövründə dövlət büdcəsindən ayrılan yardımın onlara verilməməsidir:

“İkinci diqqət çəkən məsələ şirkətlərin hər gün daşıdıqları sərnişin sayına görə toplanan vəsaitin 5%-ni “BakıKart”a ödəmələridir. Bu, kifayət qədər böyük faizdir. Ümumiyyətlə, dövlət özəl sektora icazə verilmiş sahələrdə iqtisadi fəaliyyətlə məşğul olmamalıdır. Şəffaf idarəçilik olmayan yerdə korrupsiya sxemləri işləyir və məmur sahibkarlığı inkişaf edir. Yəni vətəndaşın soyulması hesabına ayaqda qalmağa ümid edirlər”.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam, xahış edirəm diqqətlə baxasız, maşını saxladığım yer heç bir mövqeyidən gəlib gedən maşınlara mane olmur, və sola gedən yol bağlanıb. Ona görə zəhmət olmasa cəriməni ləğv edin

    4 gün əvvəl
    0

    Mənim 10FZ077 dövlət qeydiyyat Nişanlı avtomobilim AYN0219242 protokolu ilə cərimə ediilmişdir.Halbuki mən park ödənişini tam ödəmişəm.Xaiş ediirəm cəriməni ləgv edəsiniz. Ödəniş qəbzi əlavə olunur.

      Quliyev Rizvan

      Mənə yazılan EQ19958939 protokol nömrəsini əsassız hesab edirəm düzgün yazılmayıb bu nəyə görə yazılıb avtobus zolağıdırsa onda avtobus səkidə gedir

        15 Mart 2024
        0

        Daha çox şikayət görmək üçün daxil ol

        kolbasa1677517805

        Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

        1661243893_46

        Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

        328685869_6267237373307259_8944740975891313284_n

        Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

        referfrefref

        “Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

        1668174836_14

        “Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

        4683437

        Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

        baktelekom1660161428

        SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

        6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

        Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

        azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

        “Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

        1657699071_benzin

        Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ