Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

Azərbaycana xaricdən gətirilən kərə yağının pərakəndə satış qiyməti idxal qiymətini 2 dəfə üstəliyir.

Eləcə də bax: Türkiyə Azərbaycana kərə yağı ixracını – 34 DƏFƏ ARTIRIB

FED.az xəbər  verir ki, bu Dövlət Statistika Komitəsinn idxal məlumatlarından aydın olur.

Komitənin açıqladığı hesabata görə, 2022-ci ilin ilk 6 ayında xarici ölkələrdən Azərbaycana ümumi dəyəri 55 milyon 713 min dollarlıq 9 min 975 ton kərə yağı idxad edilib. Kərə yağının 1 kiloqramının idxal qiyməti 5,6 dollar və ya 9,5 manat təşkil edib.

Bu dövrdə Azərbaycana kərə yağı əsasən Yeni Zelandiya, İran, Türkiyə, Ukrayna, Belarus, Finlandiya və Fransadan gətirilib.

2022-ci ilin ilk 6 ayında Azərbaycana

1) Belarusdan ümumi dəyəri 2 milyon 611 min dollar olan 405 ton kərə yağı gətirilib. 1 kiloqram kərə yağının idxal qiyməti 6,45 dollar və ya 11 manat təşkil edib.

2) İrandan ümumi dəyəri 12 milyon 947 min dollar olan 3 044 ton kərə yağı gətirilib. Nəticədə İrandan gətirilən 1 kiloqram kərə yağının idxal qiyməti 4,25 dollar və ya 7,2 manat təşkil edib.

3) Ukraynadan ümumi dəyəri 4 milyon 013 msin dollar olan 649 ton kərə yağı gətirilib. 1 kiloqram Ukrayna kərə yağının idxal qiyməti 6,18 dollar və ya 10,5 manat təşkil edib.

4) Türkiyədən ümumi dəyəri 2 milyon 184 min dollar olan 407 ton kərə yağı gətirilib. Nəticədə Türkiyədən gətirilən 1 kiloqram kərə yağının idxal qiyməti 5,37 dollar və ya 9,1 manat təşkil edib.

5) Yeni Zelandiyadan ümumi dəyəri 26 milyon 648 min dollar olan 4 271 ton kərə yağı gətirilib. Nəticədə Zelandiya yağının 1 kiloqramı Azərbaycana idxal qiyməti 6,24 dollar və ya 10,6 manat təşkil edib.

6) Almaniyadan ümumi dəyəri 1 milyon 017 min dollar olan 142 ton kərə yağı gətirilib. Nəticədə Almaniya yağının 1 kiloqramı Azərbaycana idxal qiyməti 7,16 dollar və ya 12,2 manat təşkil edib.

7) Finlandiyadan 3 milyon 363 min dollar dəyərində 608 ton kərə yağı idxal edilib. Bu yağların 1 kiloqramının idxal qiyməti 5,53 dollar və ya 9,4 manat təşkil edib.

8) Fransadan 1 milyon 069 min dollarlıq 155 ton yağ idxal edilib. 1 kiloqqramın idxal qiyməti 6,9 dollar və ya 11,7 manat təşkil edib.

Başqa sözlə, ilk 6 ayda xaricdən Azərbaycana idxal edilən kərə yağının idxal qiyməti 7,2-12,2 manat arasında dəyişib. Ən bahalı yağ Almaniyadan, ən ucuz yağ isə irandan idxal edilib.

İdxalda ən çox paya malik olan və Azərbaycanın ticarət şəbəkələrində də ən çox satılan Yeni Zelandiya yağının kiloqramı isə ölkəyə 10,6 manatdan idxal edilir.

Amma bu dövrdə Azərbaycanın ticarət şəbəkələrində isə idxal edilmiş kərə yağının 1 kiloqramının pərakəndə satış qiyməti 18,53 – 19,62 manat arasında dəyişib. Kərə yağının rota qiyməti isə 18,20-19,12 manat arasında olub.

Başqa sözlə, xaricdən idxal edilən kərə yağının pərakəndə qiyməti onun idxal qiymətini 2 dəfə üstələyir.

Kərə yağının idxal olunduğu qiymətdən 2 qat artıq qiymətə satılması əvvəlki illərdə də baş verib.

2021-ci ildə Azərbaycana ümumilikdə 71 milyon 922 min 190 dollar dəyərində 13 min 696 ton 590 kiloqram kərə yağı idxal edilib. İdxal edilən kərə yağının hər kiloqramı 5,25 dollar və ya 8,92 manat təşkil edib.

Amma bu dövrdə xaricdən idxal olunan kərə yağının 1 kiloqramı mağaza və ticarət şəbəkələrində 16,50-18,05 manata satılıb. Kərə yağının orta qiyməti isə 16,41-17,89 manat arasında olub.

2020-ci ildə Azərbaycana ümumilikdə 74 milyon 457 min dollar dəyərində 15 min 038 ton 970 kiloqram kərə yağı idxal edilib. İdxal edilən kərə yağının hər kilqoqramı 4,95 dollar və ya 8,42 manat təşkil edib. Yağın mağazalardakı satış qiyməti isə 16,58-16,75 manat təşkil edib.

Bildirşlərə abunə ol
Bildirş
guest
1 Şərh
Ən yenilər
Köhnələr Aktuallar
Inline Feedbacks
View all comments
Novruz

10 mln əhali üçün, 6 ayda 13696 ton yağ idxal olub. Bizdə yəqin kərə yağı istehsal olmur, ancaq ət satılır, qoyun əti 17m, mal əti 15m satılır. Bəs hanı bizim istehsal. Daxildə istehsal olunan Azərsüd yağı, 900qr bağlamada 18.45m manata satılır, yəni kq 20.50m. Siyahıda olan yağlar xaricdən gəlir, bəs Azərsüd.

Mövzu ilə bağlı şikayətlər

Hazır paketdə olan malın yenidən çəkilməsi nə dərəcədə doğrudur?

13 Mart 2024
0

Больше 5 пачек сигарет не отпускают. Еогда спросил у кассиров, сказали что такая установка от руководства. Обратился на горячую линию Браво. Перезвонили и эту информацию не не подтвердили. Снова пошёл в Браво. И снова, на этот раз управляющий магазина сказал,…

14 Yanvar 2024
0

Bazarstor Yasamal park marketinizin müdürü Rəşad adında olan adam marketdə işləyən işçilərlə kobud rəftar edir, təhqir edir və aşağılıyır. Belə halların davam etməməsi üçün ölçü götürməyinizi xahiş edirəm. Araşdırılsın və belə hadisələrin qarşısı alınsın. Əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət…

07 Yanvar 2024
0

Salam ədv geri qayıtmadı və 1 ay sonra ləvğ olundu hansı səbəbə əsasən bu baş verir və nə etməli

30 Noyabr 2023
0

Daha çox şikayət görmək üçün daxil ol

kolbasa1677517805

Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

1661243893_46

Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

328685869_6267237373307259_8944740975891313284_n

Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

referfrefref

“Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

1668174836_14

“Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

1664264900_1664264242_pp

Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

baktelekom1660161428

SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

“Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT

1657699071_benzin

Daha bir benzin markasının qiyməti bahalaşdı – RƏSMİ