Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu
[the_ad_placement id="manual"]

Azərişıq” Əməkdaşından Rəhbərliyə Ciddi Ittihamlar: “Ağır Cinayətdə Təqsirləndirilən Şəxslər ASC-Də Vəzifəyə Götürülüb”

Azərişıq” ASC “Şimal” RETSİ-nin nəzarətçi-mühəndisi Mustafayev Zaur Baba oğlu çalışdığı ASC ilə bağlı ciddi ittihamlarla çıxış edib.
AMİA. AZ xəbər verir ki, Afn.az-ın redaksiyasına göndərdiyi müraciətdə “Azərişıq” əməkdaşı bildirir ki, Vüqar Əhmədov quruma rəhbər təyin ediləndən burada özbaşınalıqlar hökm sürür: “Külli miqdarda rüşvətalma, vəzifə saxtakarlığı, mütəşəkkil dəstə ilə mənimsəmələrə görə Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxslər sədr Vüqar Əhmədov tərəfindən ASC-də yüksək vəzifələrə təyin edilib.
Keçmiş İqtisadi İnkişaf Nazirliyinin sabiq vəzifəli şəxsləri Sakit Baxışov, Çingiz İbadov “Azərişıqda “at oynadırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 311.3.,311.3.3-cü maddələrilə təsirləndirilən Sakit Baxışov hazırda “Azərişıq” ASC-nin İşlər İdarəsinin rəisidir. AR CM-nin 179.3.1,179.3.2 və 313-cü maddələri ilə təsirli bilinən İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakı departamentinin sabiq direktoru Çingiz İbadov “Azərişıq” ASC-də idarə rəisinin müavinidir. Ç.İbadov “Barmek” AEŞ MMC-nin faəliyyəti dövründə da cinayət məsuliyyətinə cəlb edilib. Mahir Novruzov da eynilə.
Hərbi Prokurorluqda idarə rəisi kimi işə rəhbərliyi zəruri tələblər səviyyəsində təşkil edə bilmədiyinə, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün tədbirlər görmədiyinə görə, Baş Prokurorluğun əmrilə vəzifədən azad edilən Xalid Təhməzov hazırda ASC sədrinin müşaviridir. (AFN.az-ın araşdırmaları zamanı X.Təhməzovun həqiqətən də 2005-ci ildə işdə yol verdiyi nöqsanlara görə prokurorluq orqanlarından xaric edilib. Bu barədə dövlət agentliyi olan AzərTAC-ın yaydığı xəbərdə deyilir: “Respublika Hərbi Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin rəisi kimi həmin struktur qurumun fəaliyyətinə rəhbərliyi zəruri tələblər səviyyəsində təşkil edə bilmədiyinə, xidməti və icra intizamının pozuntusu hallarına yol verdiyinə, aşkar qanunsuzluqlar və nöqsanların aradan qaldırılması üçün vaxtında tədbirlər görmədiyinə görə, Baş Prokurorluq üzrə müvafiq əmrlə tutduğu vəzifədən azad edilən Xalid Təhməzov, Sumqayıt hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edildikdən sonra da xidməti və əmək intizamının mütəmadi və kobud pozuntusu hallarına yol verməkdə davam etmişdir. Xalid Təhməzov növbəti məzuniyyət müddəti qurtardıqda, habelə xəstəliyi ilə əlaqədar müalicəsi başa çatdıqdan sonra uzun müddət ərzində heç bir üzrlü səbəblər olmadan işə çıxmamaqla, xidməti və əmək intizamının mütəmadi və kobud pozuntusuna yol verdiyinə görə, Baş Prokurorluq üzrə 2005-ci il 29 noyabr tarixli əmrlə prokurorluq orqanlarından xaric edilmişdir”.-red.)”Z.Mustafayev daha sonra qeyd edir ki, ASC-də qanunlara, ƏM-nin tələblərinə, Cənab Prezidentin göstəriş və tövsiyələrinə məhəl qoyan yoxdur: “Haqsızlıq, sosial-ədalətsizlik hökm sürür. Ali təhsilə baxan yoxdur. Ştatları orta təhsillilər, pensionerlər zəbt edib, yüksək maaş alırlar. Bununla belə, “ölü can” da saxlayırlar. 74 yaşlı Əyyar Qasımov kimi pensioner “Şimal” RETSİ-də xidmətlər şöbəsinin rəisidir. Mənim kimi nəzarətçi-mühəndisin “gözlərindən tükü seçənlər “öz gözlərindəki tirlərdən” xəbərsizdirlər. Atalar nahaq yerə deməyib ki, xalqın gözü tərəzidir! Pensioner Həvva Tahirova “Azərişıq” ASC-nin Kadrlar İdarəsində rəis müavini, qızı-Leyla xanım isə protokol şöbəsinin rəisidir. Ana-bala hər ikisi rəhbər vəzifəni tutublar. Qızı məlumdur, bəs anası pensioner Həvva xanımın orada nə işi var? Bütövlükdə “Azərişıq” ASC bu gündədir… Orta təhsillilər, pensionerlər, dövlət əmlakını mənimsəməyə görə keçmişdə təqsirləndirilənlər “Azərişıq”da olduqca çoxdur…
Biz də dövlət əmlakını mənimsəməyə görə təqsirli bilinməliyik?! Montyor ştatını tutan Bayram Paşayev həm də “Şimal” RETSİ-də həmkarlar təşkilatının sədridir. Onu ora kim seçib bəlli deyil. İşdə də tapılmır. Tapılanda da bəy balası kimi geyinib kabinetdə oturub bir işə yaramır. Mənim xəstəlik vərəqələrimi araşdırmaqdansa, zəhmət çəksin o biri montyorlar kimi yer qazıb, dayaq basdırıb, kabel çəkməklə məşğul olsun.
Nəzarətçi-mühəndislərlə 2-ci “sort” insan kimi davranılır. Anlamırlar ki, nəzarətçi-mühəndislərin hesabına vəzifələrdə oturublar. Bakıda baş idarədə onlarla lazımsız şöbələr açılıb. Hər birinə yüksək maaş, mükafat və paket verilir. Vaxtlı-vaxtında da maaşlarını alırlar. Sumqayıt və ətraf rayonlardakı işçilər kimsənin vecinə də deyil. Sumqayıtdakılara maaş 1 ay gecikmə ilə verilir. “Azərişıq”da eyni vəzifəni daşıyanlar Bakıda 2 dəfə çox maaş alırlar.
Mən ali təhsilli iqtisadçıyam. “AzərEnerji” ASC dövründə (2006-2015) ixtisasıma uyğun aparıcı iqtisadçı işləmişəm. “Azərişıq” ASC gələndən ştatda iqtisadçı vəzifəsi olmadığından gələcəkdə ixtisasıma uyğun işlə təmin edilməyim şərtilə aşağı maaşla nəzarətçi-mühəndis vəzifəsinə keçirildim. “Azərişıq” ASC-nin, “Şimal” RETSİ, Sumqayıt EŞ-nin ESŞ-də nəzarətçi-mühəndis işləyirəm. Ali təhsilli iqtisadçıyam, 550 manat maaş alıram. Ailəliyəm, az yaşlı övladlarım var. Xərçəng xəstəsi olan anam da mənim himayəmdədir. Halbuki “Azərenerji” dövründə mən aparıcı iqtisadçı işləmişəm. Ali təhsilli iqtisadçı olmağıma baxmayaraq, orta təhsillilər (Süleymanlı Sevda, Ziyadova Sədaqət) “Şimal” regionunun mühasibatlığında mühasib vəzifəsində oturub, məndən 2 dəfə çox maaş (1000 AZN) alırlar və ştatı zəbt ediblər. İstirahət və bayram günü, məzuniyyət bilmədən bütün nəzarətçilər kimi 8 saat yerinə 15-16 saat işləmişəm. Əməyim istismar olunduğu üçün xəstəxanalıq oldum.
Dövlət əmlakının mənimsənməsi, mütəşəkkil dəstə ilə külli miqdrada rüşvətalma, vəzifə saxtakarlığı edən, çirkab dolu keçmişi olanları qoyub mənim xəstəlik vərəqələrimi araşdıranlar qarşımda nə qədər aciz, cılız və qorxaq olduqlarını sübüt edirlər”.
Vətəndaş şikayətində əksini tapan bütün bu məqamlarla bağlı “Azərişıq” ASC-yə müraciət etdik. Qurumun mətbuat xidmətindən bildirildi ki, vətəndaş Z.Mustafayev eyni məzmunda bir neçə KİV-ə şikayət ünvanlayıb və onlardan bəziləri məlumatı dərc edib, bəziləri isə etməyib(?). Maraqlıdır ki, şikayətdə qeyd olunanlar qeyri-rəsmi formada cəfəngiyyat adlandırılsa da, bu haqda redaksiyamıza rəsmi cavab verilməkdən imtina olundu.

Bildirşlərə abunə ol
Bildirş
guest
0 Şərh
Inline Feedbacks
View all comments

Mövzu ilə bağlı şikayətlər

Salam, xahış edirəm diqqətlə baxasız, maşını saxladığım yer heç bir mövqeyidən gəlib gedən maşınlara mane olmur, və sola gedən yol bağlanıb. Ona görə zəhmət olmasa cəriməni ləğv edin

    4 gün əvvəl
    0

    Mənim 10FZ077 dövlət qeydiyyat Nişanlı avtomobilim AYN0219242 protokolu ilə cərimə ediilmişdir.Halbuki mən park ödənişini tam ödəmişəm.Xaiş ediirəm cəriməni ləgv edəsiniz. Ödəniş qəbzi əlavə olunur.

      Quliyev Rizvan

      Salam. Şikayətim sırf 7 sayı Asan xidmətlə əlaqəli deyil yəqin ki xidmət bütün asan xidmətlərdə eynidirsə hamısına şamil olunur. Viza üçün iş yerindən arayış üçün portaldan sənədi çıxarıb asan xidmətə tərcümə üçün yaxınlaşdığımda qarşılaşdığım mənzərə heç də ürək açan olmadı….

      18 Mart 2024
      0

      Mənə yazılan EQ19958939 protokol nömrəsini əsassız hesab edirəm düzgün yazılmayıb bu nəyə görə yazılıb avtobus zolağıdırsa onda avtobus səkidə gedir

        15 Mart 2024
        0

        Daha çox şikayət görmək üçün daxil ol

        kolbasa1677517805

        Bu kolbasa müəssisəsinin fəaliyyəti dayandırıldı – SİYAHI

        1661243893_46

        Kiloqramı 11 manat olan ətdən “hazırlanan” sosislər 4 manata necə satılır? – Mümkündürmü?

        328685869_6267237373307259_8944740975891313284_n

        Instagram’da Frildaqçılar: Insanlar saxta vədlərlə aldadılır

        referfrefref

        “Restoranlarda eşşək ətindən istifadə olunur” – Mütəxəssisdən ŞOK AÇIQLAMA

        1668174836_14

        “Kontakt Home” bu prinsiplə işləyir: “Pulunu ver mənə, itil cəhənnəmə!”

        1664264900_1664264242_pp

        Marşrut avtobuslarında gediş haqqı bu qədər olacaq – MƏBLƏĞ AÇIQLANDI

        4683437

        Mağazalarda 19-20 manata satılan kərə yağı – ÖLKƏYƏ 8-9 MANATA GƏTİRİLİR

        baktelekom1660161428

        SON DƏQİQƏ: İnternet tarifləri BAHALAŞDI – Yeni QİYMƏTLƏR/RƏSMİ

        6ba7bca6-3da1-4b9b-9226-890890960ecejpg-1658829188

        Restoranların YENİ FIRILDAĞI: Müştəri “servis haqqı” ödəməlidirmi?

        azerlotereyanin-xalqdan-yigdigi-pullar-niderlandda-ofshora-dashinir-shok-guninfo_net

        “Azərlotereya” milyonlar qazanır, amma vergiləri və uduşları ödəmir – HESABAT