Suche
Generic filters
Daha yaxşı xidmət üçün bir olaq !!!
müştəri məmnuniyəti sosial forumu

Gunel tərəfindən yazılmış şikayət və təşəkkürlər

Gunel Musatfazade

Şikayət sayı : 0

Təşəkkür sayı : 1

Rəy sayı : 0

Rütbə : Shoping Master

Şəhər : Bakı

Hörmətli Zira Olives Zeytun Zavodu, şikayətimə ciddi yanaşmağınız çox təqdirə layiqdir. Bu gün ərzində nümayəndələriniz mənimlə əlaqə də yaradaraq üzrxahlıq edildi və mağazalardan bütün məhsulların yığılmağa başlandığı bildirildi. Həmçinin qeyd edim ki, mən də təbii və qatqısız və xüsusilə də yerli istehsal məhsullarına önəm verdiyim üçün sizin məhsulu seçmişdim. Eləcə də şərhlərdən gördüyümə əsasən məhsullarınızdan razı qalan müştərilər də var. Lakin ümid edirəm ki, bir daha belə hallarla mən və eləcədə digər müştərilər qarşılaşmaz və xoşagəlməz hallar, narazılıqlar yaranmaz. Çalışaq ki, istehsalda, qablaşdırmada olan xətanın qarşısı məhsul bazarda satışa çıxmamış, əsas məsələ insan sağlamlığı ziyan görməmiş alınar. Təşəkkürlər sizə də ki, bütün təklif və iradlarımı ciddi şəkildə dinlədiyiniz və nəzərə aldığınız üçün. Məhsulunuzdan bir daha istifadə edəcəm. Müsbət fikirlərimi sizinlə bölüşmək ümidilə :)

0
0

12-25-2019
0

Scroll to Top